Читать книгу Ağ qəm онлайн
114 страница из 131
– Deyirsiz yəni bütün günü kabinetindən çıxmamalıdır? – deyə Dilarə hirsləndi.
– Əvvəl dövlət işi, sonra şəxsi işlər.
Xeyli çənə-boğazdan sonra kişi narazı halda çıxıb getdi. Heç beş dəqiqə keçmədi ki, ucaboy bir oğlan içəri girdi:
– Qəşəng qız, salam.
– Əleykəssalam.
– Rəisin yanında adam var?
– Rəis yoxdur.
– Hardadır?
– Bilmirəm.
– Qanınız niyə qaradır?
– Onun sizə dəxli yoxdur.
– Heyf bu gözəllikdən ki, belə acıdil qıza verilib, – deyə oğlan təəssüfləndi.
Dilarə onun sözlərindən tutuldu. “Doğrudan da, mənə nə olub? Adamlarla niyə belə kobud danışıram? önlann nə təqsiri var?” – deyə öz-özünə düşündü.
Oğlan otaqdan çıxan kimi Dilarə stolunun yeşiyindən balaca güzgüsünü çıxarıb saçını daradı, ətirləndi, üzünə mehriban ifadə verdi. Bu görkəmindən məmnun qaldı.
– Namiq Dadaşoviçin katibəsisinsiz? – Üzündən şitlik yağan bir oğlan salamsız-kəlamsız ona yaxınlaşdı.
– Sizi eşidirəm, – deyə Dilarə acıqlı halda cavab verdi.
– Namiq Dadaşoviçin yaxşı zövqü var. – Oğlan bu sözləri ağzını az qala Dilarənin qulağına yapışdırıb dedi. Dilarə qıpqırmızı qızardı, amma heç nə demədi.