Читать книгу Ağ qəm онлайн
89 страница из 131
Onlann görüşəcəkləri ev Bakının mərkəzindəki sakit məhəllələrdən birində, dar dalanda yerləşirdi. Bura Aydının böyük qardaşının evi idi. O, ailəsi ilə üç illiyə xaricə işləməyə getmişdi. Aydın hərdən bura gəlib evə baş çəkirdi. Zərifə bunu bilirdi. Qorxa-qorxa, arxasınca gələnin olub-olmadığını yoxlaya-yoxlaya, atdığı addımın yalnışlığım, etdiyi hərəkətin ağılsızlığını bir daha dərk edə-edə binanın birinci blokunun ikinci mərtəbəsinə qalxdı.
Zəngi çalmaq istəyəndə qapı yavaşca açıldı: Aydın qapının ağzında dayanmışdı. Onun bütün görkəmindən elə bəxtiyarlıq, elə özündən razılıq yağırdı ki, bu, nədənsə Zərifəni hirsləndirdi. Onsuz da əsəbi olan Zərifənin kefinə elə bil soğan doğradılar. Lakin bunu hiss etdirməməyə çalışdı. Salam verib içəri keçdi.
– Sən gəldin? Sən gəldin? – Aydın gözlərinə inanmırmış kimi sevinclə bu sözləri təkrar edib onun çiyinlərini qucaqladı. Aydının belə tez, belə üzlü halda ona yaxınlaşması Zərifənin xoşuna gəlmədi.
Dayan, neynirsən? – dartınıb onun əllərindən xilas oldu. Divara söykənib soyuq baxışlarla əvvəl Aydını, sonra isə otağı nəzərdən keçirdi.