Читать книгу Özgə ağrısı онлайн

12 страница из 75

Bu arzusu dəli istəyə çevrildi. Ondan cəmi iki addımlıqda olan bu xırdaca çiçəklə son dəfə vidalaşmaq üçün yerindən dikəldi. Ayağa durub pəncərəyə necə yaxınlaşdığını, çiçəyi stəkandan götürüb yenidən yerinə necə qayıtdığını bilmədi. Bənövşəni qoxladı, dogma, məstedici qoxu onu qəribə bir aləmə, sanki sonsuzluğa apardı. Həmişə arzusunda olduğu aləmə və illərlə ayrılığına alışa bilmədiyi Bənövşənin yanına… Budur, çəmənlikdədilər. Bənövşədən başına çələng qoymuş Bənövşə ağ libasda onu səsləyir. Camal son dəfə «Gəlirəm gülüm, gəlirəm. Neçə ildir gözləyirəm çağırışını», – kəlməsini pıçıldadı…

Səhər Çimnazla Gülnaz atalarını yoluxmağa gəldilər. Otağa girəndə onun yatmış olduğunu düşündülər. Çimnaz irəli keçib atasını öpdü. Dodaqları onun buz kimi soyuq üzünə toxunanda qıyya çəkdi. Camal artıq gözlərini əbədi yummuşdu. Yarıaçıq qalmış ovcunda bir bənövşə vardı – solmuş bənövşə…

1992-ci il

YEDDİ PƏRİ


Ətrafa «Tərəkəmə»nin oynaq sədaları yayılmışdı. Məclisdəkilər musiqiylə həmahəng şəkildə əl çalırdılar. Oyun havası deyəsən kiminsə sümüyünə yaman düşmüşdü. Bunu toydan gələn şən səslər sübut edirdi.

Правообладателям