Читать книгу Ağ qəm онлайн
130 страница из 131
Həmid bəzən ona qəmli nağıllar da danışırdı. Lakin hər dəfə belə nağıldan sonra uşağın ağladığını, kefinin pozulduğunu görcək özünə söz verirdi ki, bir də belə nağıllar uydurmayacaq. Bir dəfə nağılın sonunda qartal balası öləndə Aynur elə kövrəldi ki. Həmid onu xeyli sakitləşdirə bilmədi. O gündən etibarən Həmid Aynura yalnız şən, sonu yaxşı qurtaran nağıllar danışmağa başladı. Bu nağıllar arasında balaca qızın sərgüzəştləri Aynuru daha çox cəlb edirdi. Bu qızın başına elə əhvalatlar gəlirdi ki, Aynur heyrətlə nağılın haçan tamamlanaçağını gözləyirdi. Ona elə gəlirdi ki, bu qız onun özüdür, bu hadisələr də onun başına gəlib.
Aynur evdə həmin nağıllan olduğu kimi anasına danışır, Dilarə də maraqla qulaq asırdı.
Bir dəfə işdən sonra Dilarə Həmidlə rastlaşdı.
– Necəsiniz, Dilarə xanım, işiniz-gııcünüz necədir? – deyə Həmid onunla hal-əhval tutdu.
– Çox sağ olun, yaxşıyam.
– Bəs mənim dostum hardadır?
– Bağçadadır, onu götürməyə gedirəm.
– İcazə versəniz mən də sizinlə gedərəm. – Bu sözləri Həmid ehtiyatla, təklifinin rədd ediləcəyindən qorxa-qorxa dedi, lakin Dilarə o saat razılıq verdi.