Читать книгу Ağ qəm онлайн
71 страница из 131
– Yaz gəlib. Aydın, – dedi. Elə dedi ki, sanki yaz girməməli idi, onun gəlişi ilə nə isə xoşagəlməz bir şey baş vermişdi.
– Yaz gəlib? – Aydın qəribə nəzərlərlə onu süzdü. Sonra isə gülümsədi. – Bu ki, əladır!
– Baxır kimdən ötrü. – Zərifə mənalı tərzdə ona baxdı, daha heç nə deməyib əynindəki ağ xalatı soyunub asılqandan asdı. Sonra isə evə getmək üçün yır-yığış etməyə başladı. Aydın dinməzcə oturub baxışları ilə onu müşayiət edirdi. Nəhayət, Zərifə qapıdan çıxanda onun arxasınca söz atdı:
– Yazdan xoşun gəlmir, amma özün yaz havası kimi tez- tez dəyişirsən.
Qapı örtüldü. Zərifə ona cavab vermədi.
* * *
Bu dəfə o, adəti üzrə evə yox, yaxın rəfiqəsi Səbinəgilə yollandı. Uşaqlan bağçadan götürməyə hələ iki saat vaxtı var idi.
– Zərifə xala gəlib! Zərifə xala gəlib! – Səbinənin qızı Gülnar sevinclə özünü onun üstünə atdı.
Dəhlizdəki səs-küyü eşidib mətbəxdən çıxan Səbinə rəfiqəsinin gəlişindən məmnun oldu. Amma bir azdan Zərifənin pəjmürdə halından, pərişan görkəmindən narahat olub tez Gülnarı öz otağına ötürdü.