Читать книгу Ağ qəm онлайн
72 страница из 131
– Dayan, uşağın gəlinciyi qaldı, – deyə Zərifə aldığı hədiyyəni Gülnara verdi, uşağın üzündən öpüb qonaq otağına keçdi. Səbinə soruşdu:
– Sənə nə olub? Olmaya Rəşidlə dalaşmısan?
Zərifə başını buladı.
– Bəs onda nə olub? Düzünü de.
Bir himə bənd olan Zərifə rəfiqəsinin səmimi narahatlığından kövrəldi. Divanın döşəkcəsinə üzünü sıxıb hönkürdü. Səbinə özünü itirib nə edəcəyini bilmirdi. Nigaranlıq qanşmış həyəcanla, səbirsizliklə Zərifənin haçan toxtayacağını gözləməkdən başqa çarəsi qalmadı. O, Zərifənin saçlarını sığalla-yır, onu sakitləşdirməyə çalışırdı. Nəhayət, Zərifə sakitləşib divanda oturdu.
– Tez ol, danış, – deyə Səbinə əmr etdi.
– Bilsən necə bədbəxtəm!
– Nə? Nə dedin? – Səbinə heyrətlə ona baxır, eşitdiklərinə inana bilmirdi. – Sən nə danışırsan?
– Rəşid məni sevmir, Səbinə. – Bu sözləri o, xəcalət çəkə- çəkə, utana-utana dilindən çıxardı.
– Bunu sənə kim dedi? Hər deyilən sözə inanmaq acizlərin işidir.
– Səbinə, mən bilmədiyim şeyi danışmaram, dediklərim həqiqətdir. Rəşid Asya adlı bir qadınla yaşayır.