Читать книгу Ağ qəm онлайн
50 страница из 131
– Bu da sizin 26 şirvamnız, – deyə kişi pulu stolun üstünə qoydu.
– Niyə belə az? Bunlann hamısı nadir və qiymətli kitablardır. Həm də Rasimə dedi ki, siz ona hər kitaba 2-3 şirvan verəcəyinizi vəd etmisiniz.
– Yaxşı, dörd şirvan da əlavə edirəm, razısınızmı?
Talihə heç nə demədi, ömründə alver etmədiyi üçün qiymətdə sövdələşmək ona çox çətin gəlirdi.
Taleh bir tərəfdə dayanıb sakitcə onlara tamaşa edirdi. Qonaq çıxıb gedəndən sonra Talihə “Hər çətin məsələnin həlli var”, – deyib ah çəkdi. Kitabların pulu ilə bir neçə gün dolanmaq olardı.
* * *
Səhər güzgünün qabağında daranan Talihənin diqqətini çarpayısının yanında dayanıb könülsüz halda paltarını əyninə geyinən Taleh cəlb elədi. Ayaqları elə uzun, elə arıq görünürdü ki, Talihənin ərinə yazığı gəldi. Çoxdan ona belə diqqətlə baxmamışdı: bir dəri, bir sümük idi. Nəvazişsiz, sığalsız qalmış ögey uşağa oxşayırdı Taleh. Nədənsə incik, nədənsə küskün idi.
Gözünün ucu ilə bir xeyli ona tamaşa etdi. Taleh tənbəl-tənbəl geyinib vanna otağına keçəndə Talihə yavaşca qapını açıb çölə çıxdı.