Читать книгу Ağ qəm онлайн
57 страница из 131
Dəniz vağzalının yanında Taleh avtobusdan düşüb yaxınlıqda кора halında yığışmış kişilərə yaxınlaşdı. Talihə “Qul bazaır’nı o saat tanıdı. Hər dəfə buradan keçəndə ürəyi ağrıyırdı. Birdən bədənini üşütmə tutdu. Yalnız indi fikir verdi ki, Talehin əynində köhnə kostyum var.
– Bir az uzaqda saxla, qardaş, – Talihə qəhərini güclə boğub dilləndi. O, maşının içindən ərini süzür, anqlayıb tanınmaz hala düşmüş doğma sifətinə kədərlə baxırdı. “Ford” markalı təzə bir maşın kişilərin yanında dayandı. Sürücü maşının pəncərəsindən başını çıxarıb səsləndi:
– İki fəhlə lazımdır!
Kişilər maşına tərəf qaçdılar. Taleh də onların arasında idi.
* * *
Yük maşını blokun ağzında dayanmışdı. Talihəgil köçürdü. Bu dəfə onların növbəsi idi. Bu köçlə onlar gedəcəkdilər. Hara? Niyə? Nədən ötrü? Bu sualları çoxdan heç kəs heç kəsə vermirdi. Əslində onları verməyin mənası da yox idi.
– Yaddan çıxan şey qalmadı ki? – Taleh bom-boş qonaq otağında dayanıb kədərlə onu süzən arvadından və qızlarından soruşdu.
Telefon zəng çaldı. Lakin heç kəs dəstəyə yaxınlaşmaq istəmirdi. Onlar danışmaq, cavab vermək halında deyildilər.